Abşeron rayonunda qaçqınlar üçün tikilmiş binadan odlu silah və çolxu patron tapılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az – a verilən məlumata görə, Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış sahəsində “AKM”, “TOZ-18” və “Karabin” markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.