Türkiyənin Şanlıurfa vilayətində baş verən partlayışda ölü sayı get-gedə artmaqdadır. Bu dəqiqələrə olan məlumata görə hadisə nəticəsində ölənlərin sayı 27-ə çatıb.
100-dən çox adamın isə yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
HDP məclis üzvü Orxan Çələbi NTV kanalının canlı yayımına bağlanaraq partlayışla bağlı danışıb. O, partlayışın İŞİD tərəfindən törədildiyini dilə gətirib.
Bölgədəki rəsmi qaynaqlar isə bildirib ki, partlayışı 18 yaşlı gənc kamikadze qadın törədib.
*****
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzi qarşısında partlayış meydana gəlib.
Musavat.com-un məlumatına görə, partlayışda azı 10 nəfər ölüb və yaralananlar var.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Bildirilib ki, mədəniyyət evinin yanındakı çay evinə bombalı hücum təşkil olunub. Hadisənin kamikadze tərəfindən törədildiyi iddia edilir.
Şahidlərdən biri qeyd edib ki, gənclər mətbuata açıqlama verərək Kobaniyə keçəcəkləri şərtləri bildirib: “Foto çəkməyə başlayırdım ki, şiddətli partlayış baş verdi. Çəsədlər hər yerə səpələndi. partlayış o dərəcədə şiddətli idi ki, cəsədlərin altında qaldıq”.
Qeyd edək ki, partlayışın baş verdiyi Suruç rayonu Suriya sərhədində yerləşir.