102641_res_01

Bir neçə gün əvvəl mətbuatda Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovla bağlı son dərəcə ilginc məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin məlumatda Həbib Axundovun milyonlarla dələduzluğundan söhbət gedir. Şikayətçi tərəf isə ailənin yaxın dostu olan Fərman Məmmədov idi. O qeyd edirdi ki, deputatın gömrükdə işləyən oğlu ondan 575 min manat borc pul götürsə də, qeyd olunan məbləği geri qaytarmayıb.

Ümumilikdə isə, H.Axundov və dostu Elnur İbrahimovun müxtəlif adamlara 7-8 milyon manat pul atdığı iddia olunur. Bu işdə H. Axundovun deputat olan anasına arxalandığı qeyd edilir. Bundan əlavə, deputatın oğlunun dəbdəbəli həyat tərzi keçirdiyi, xaricdə lüks yerlərdə dincəldiyi, bahalı maşınların sahibi olduğu da yazıda qeyd olunub. Artıq bu işlə hüquq-mühafizə orqanlarının məşğul olduğu bildirilir. Bu məlumatlardan sonra deputatın oğlunun adından mətbuata açıqlama göndərilsə də, bu irəli sürülən ittihamların qarşısında tutarlı cavab sayıla bilməzdi. Əgər informasiya yanlış idisə, ona reaksiya daha ciddi təkziblə, sözügedən şəxsi məhkəməyə verməklə müşayət olunmalı idi. Ona görə də yayılan məlumatların heç də hədər yerə yaranmadığını söyləmək olar.

Bu gün isə redaksiyaya Həbib Axundovla bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, o, həqiqətən də biznes işləri ilə məşğuldur və “Favorit” marketlər şəbəkəsinin idarəedicisidir. Eyni zamanda Həbib Axundovun adına ölkənin əksər banklarında külli miqdarda kredit borcları var. Onun adı əsasən prezident İlham Əliyevin də bir neçə gün əvvəl hökumətin iclasında irad bildirdiyi “krışalıq” fəaliyyətində keçir. Belə ki, deputatın oğlu Gürcüstandan olan iş adamlarına “krışalıq” etməklə məşğul olur və bu işlərdə anasının adından istifadə edir. Bu yolla da işlərini asan şəkildə həyata keçirə bilir.

Redaksiyaya daxil olan məlumatlardan biri də həmin xəbərdə adı keçən Kənan Cəlilovla bağlıdır. Yazıda qeyd edilirdi ki, Həbib öz yaxın dostu olan Kənan Cəlilovla birgə dəbdəbəli yerlərdə dincəlir. K. Cəlilov da öz dostlarısayaq bizneslə məşğul olur. Onun fəaliyyəti barədə redaksiyamıza çoxlu məlumatlar daxil olur. Sayt hələlik onların bir hissəsini təqdim edirik.

K. Cəlilov “AKİ İnter” Xaricdə təhsl Mərkəzinin rəhbəridir. O bu işlə qardaşı ilə birgə məşğuldur. K. Cəlilov istənilən xarici ölkədə, əsasən də Londonda olan istənilən universitetin qapısına yol tapa bilir. Belə ki, arzulayan şəxsi pulu müqabilində dünyanın ən nüfuzlu universitetlərinin tələbəsi etmək iqtidarındadır.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı millət vəkili Elmira Axundova bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, iş adamı Fərman Məmmədovun oğlu ilə bağlı dedikləri tam cəfəngiyyatdır və həqiqətə uyğun deyil: “Bunun təfərrüatına varmaq və onların səviyyəsinə düşmək istəmirəm. Azərbaycan hüquqi dövlətdir və hüquq-mühafizə orqanları var. Fərman Məmmədov da hüquq-mühafizə orqanlarına müraciət etsin. Eyni, zamanda bildirmək istəyirəm ki, ailəmizə qarşı bu iddiaların yalan olduğunu hər zaman sübut etməyə hazırıq. Çox təəssüf edirəm ki, bir çox saytlar dəqiqləşdirmə aparmadan, qarşı tərəfin fikrini öyrənmədən ailəmiz barədə yazılar veriblər. Bununla da birtərəfli şəkildə yalan və böhtana yer ayırıblar. Belə böhtanlar bizim ailəyə yapışan deyil. Ancaq bu, mətbuatımızın nüfuzuna xələl gətirir. Mən də jurnalistəm və mətbuatımızın bu hala düşməsinə üzülürəm. Biz jurnalistlər mətbuatımızın 140 illik yubileyi ərəfəsindəyik. Mən bu tarixi gün, tarixi bayram münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edirəm. Ona da əminəm ki, bir sıra saytlar Fərman Məmmədovun dedi-qodu fikirlərinə bəzi qüvvələrin sifarişilə bu qədər canfəşanlıqla yer ayırır. Mən üzümü həmin kol arxasında gizlənən sifarişçi qüvvələrə tutaraq deyirəm ki, quyruğunuz görünür, adınızı kişi qoymusunuz, ancaq bir xanıma qarşı arvad kimi oyun oynayırsınız. Seçkiqabağı ərəfədə belə iyrəncliyi özümə qarşı qarayaxma kampaniyası kimi qiymətləndirirəm. Əgər doğrudanda kişi kimi mübarizə aparmaq istəyirsinizsə, ortaya çıxın, kimliyinizi özünüz cəmiyyətə tanıdın. Sizin bu cür anormal fəaliyyətiniz məni tutduğum yoldan çəkindirə bilməz. Ağlınız özünüzə getməsin. Bu cür iyrənc əməliniz özünüzü ifşa edəcək.

Əgər seçkilərə qatılmaq istəyirsinizsə, buyurun, bu meydan, bu da siz. Sadəcə, bilirsiniz ki, açıq mübarizədə uduzacaqsınız. Ona görə də mənə qarşı qarayaxma, şər-böhtanla məşğulsunuz”.

Загрузка...