Alimlər müəyyən ediblər ki, insan sağlamlığı onun doğulduğu aydan asılıdır
Kolumbiya universitetinin professoru Nikolas Tatonetti və onun həmkarları (Meri Regina Boland, Zaxari Şan , Devid Madigan, Corc Hripcsak) uzunmüddətli araşdırmadan sonra insan sağlamlığının onun doğulduğu aydan asılı olduğu qənaətinə gəliblər.
AzNews.az xəbər verir ki, öz yeni kəşfləri barədə alimlər “The Journal of the American Medical Informatics Association” jurnalında geniş məqalə dərc ediblər.
Araşdırma məqsədilə alimlər 1985-2013-cü illərdə həkimə müraciət edən 2 milyondan çox xəstənin tibbi kartlarını öyrənib. Araşdırma nəticəsində məlum olub ki, xəstələr arasında bir xəstəlikdən əziyyət çəkənlər əsasən eyni zodiaka mənsubdurlar. Yəni, insanın doğulduğu ay onun üçün hansı xəstəliklərin riskli olduğunu müəyyən edir.
Məqalədə qeyd olunur ki, xəstəliyə ən çox meyilli olan insanlar oktyabr və noyabr aylarında doğulanlardır. Belə ki, onlar digərlərinə nisbətən daha çox həkimə müraciət edirlər. Ən sağlam insanlar isə may və avqust aylarında doğulanlardır. Ən azından statistika bunu sübut edir.
AzNews.az aylar və ya bürclər üzrə statistik məlumatları təqdim edir:
Oğlaq (22dekabr -20 yanvar): kardiomiopatiya, hipertoniya, zədələr, otit (orta qulaq iltihabı);
Sutökən (21 yanvar – 19 fevral): hipertoniya, bronxit, qastrit;
Balıqlar (20 fevral – 20 mart): prostatit, mitral qapaq problemləri, ürək çatışmazlığı, ürək qulaqcıqlarının çırpınması, damar tıxanıqlığı;
Qoç (21 mart – 20 aprel): müalicədən sonra ürəkdə yaranan fəsadlar, angina, miokard infarktı;
Buğa (21 aprel – 21 may): tənəffüs infeksiyalarına yoluxmada cüzi risk;
Əkizlər (22 may – 21 iyun): astma, cinsi yolla keçən xəstəliklərə yoluxmada cüzi risk;
Xərçəng (22 iyun – 23 iyul): iltihab ilə bağlı olmayan vaginal xəstəliklərə yoluxmada cüzi risk, diareya;
Şir (24 iyul – 23 avqust): konyuktivit(göz iltihabı);
Qız (24 avqust – 23 sentyabr): bronxit, otit (orta qulaq iltihabı), qızdırma, astma, ürəkbulanma, psixi pozğunluqlar, nevroloji xəstəliklər, hamiləlik zamanı ağırlaşmalar;
Tərəzi (24 sentyabr – 23 oktyabr): bronxit, faringit, ürək-damar xəstəlikləri, yuxarı tənəffüs yollarının respirator infeksiyası, həşərat dişləməsi, prostatit, virus və zöhrəvi xəstəliklər, ağır menstruasiya, həzmlə bağlı problemlər, hipermetropiya (uzaqgörmə), yaxıngörmə;
Əqrəb (24 oktyabr – 22 noyabr): HIV də daxil olmaqla virus infeksiyaları, hiperaktivlikdə diqqət çatışmazlığı sindromu, kolit, ilk hamiləlikdə problemlər, narkomaniya, iltihabla bağlı olmayan vaginal pozğunluqlar, diareya, tonzilit, qavramada çətinlik. Bronxit və mitral qapaqlarda problem yaşamaqda cüzi risk;
Oxatan (23 noyabr – 21 dekabr): zədə, kolit.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.