Təqsirkar hadisə yerindən qaçıb.
Moskvada dəhşətli qəza baş verib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Zatsepki bəndində 5 saylı evin yanında böyük qəzanın günahkarı iki piyadanı vurub, özü isə kiçik sıyrıqları saymasaq heç bir xəsarət almayıb, buna baxmayaraq zərərçəkənlərə yaxınlaşmadan hadisə yerindən gedib.
Maşının təkəri altına düşən piyadalardan biri həlak olub.
Günahkar zərərçəkənlərə heç yaxınlaşmayıb da.
Qəzanı müşahidə kameraları çəkib (0,42 saniyə). Kadrlarda qəzaya qədər qəza yerindən bir maşının necə ayrıldığı görünür, sonra isə “Lexus LX 570” tratuara çıxır, iki kişini vurur və dirəyə çırpılır.
Avtomobil yüksək sürətlə irəliləyib. Avtomobilin yaxınlaşdığını görən piyadalardan biri kənara çəkilmək istəsə də gec olub.
Onlardan biri xəstəxanaya yatırılıb, ikincisi isə hadisə yerində həlak olub.
Avtomobilin sürücüsü ciddi zərər çəkməyib, o maşından çıxıb, amma xəsarət alan insanlara yaxınlaşmayıb, o əzilmiş maşınına baxıb.
Qəza faktı üzrə cinayət işi qaldırılıb.