Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna prezidentinə yeni müavinlərini təqdim edib.
Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, bunlar Avromaydan fəali, 25 yaşlı Yuliya Maruşevskaya və 51 yaşlı Əfqanıstan müharibəsinin veteranı, biznesmen Vladimir Jmakdır. Saakaşvili vurğulayıb ki, hər iki şəxsin dövlət xidmətində təcrübəsi yoxdur.
Gürcüstanın keçmiş prezidentinin fikrincə, bu isə o deməkdir ki, o, hakimiyyətə yeni təmiz və kompetetnli adamları gətirib.
Saakaşvili özünün Facebook səhifəsində yaxın silahdaşlarını təqdim edib. O, xüsusilə vurğulayıb ki, 25 yaşlı Yuliyanın tələbəlik illəri ABŞ-ın ən yaxşı universitetlərində keçib: “Yuliya son illərdə Harvard və Stendford universitetlərində oxuyub, özü isə Odessa vilayətinin Tatarbunarski rayonundandır”.
“Azadlıq hamımızın ürəyindədir, azadlıq bizim ağlımızdadır. Biz – sivilizasiyalı adamlarıq, bizim hakimiyyətdəkilər – barbarlardır”, – Yuliya bunu Kiyevdəki Maydan hərəkatı zamanı deyib.
Odessa vilayətinin qubernatorunun ikinci müavini isə onun keçmiş dostudur. Saakaşvili etiraf edib ki, Jmakı 30 ildir tanıyır.
Jmak fransalı xanımla evlənib və onların 4 övladı var.
http://s014.radikal.ru/i327/1507/b0/277018900e94.jpg
http://s008.radikal.ru/i304/1507/17/9645ed326de8.jpg
http://s011.radikal.ru/i316/1507/9b/a0c09e0dacf6.jpg
http://s017.radikal.ru/i436/1507/de/8adc7aa1341f.jpg