Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb.
Lent.az-ın məlumatına görə, E. İbrahimov ötən gün hərbi xidmətə yollanıb və “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.
1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb. Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb.
Qeyd edək ki, E. İbrahimov N. İbrahimovun yeganə oğludur.