Türkiyədə qətl hadisəsi baş verib. Bir qadın mübahisə etdiyi keçmiş həyat yoldaşını tapança ilə vuraraq öldürüb.
AzNews.az xəbər verir ki, hadisə Adana şəhərinin Seyhan rayonundakı Yeşilyurt məhəlləsində qeydə alınıb.
İddiaya görə, boşandıqdan sonra birlikdə yaşamağa davam edən cütlük evdə mübahisə etməyə başlayıb. Nəticədə 28 yaşlı Çilern Doğan 33 yaşlı həyat yoldaşı Həsən Karabuluta tapança ilə atəş açıb. Silah səslərini eşidən qonşular polisə xəbər verib.
Evə gələn polislər bədənində 6 güllə yarası olan Həsən Karabulutun həlak olduğunu müəyyən edib.
Hazırda polis hadisədən sonra qaçan qadını axtarır.