Загрузка...

101532_res_01

Ukrayna Dövlət Aviasiya Xidmətinin keçmiş sədri Denis Antonyuk Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib.

Axar.az xəbər verir ki, Antonyuk bu barədə özünün “Feysbuk” hesabında yazıb. O, Saakaşvilinin onun nüfuzuna xələl gətirdiyini bildirib və 1 milyon qrivna (48 min 600 manat) tələb edib.

Antonyuk, həmçinin Saakaşvilinin hərəkətlərinin qanunsuz olduğunu bildirib: “Saakaşvilinin, komissiyanın üzvü olmadığına görə 26 iyunda keçirilən iclasda iştirak etmək hüququ yox idi”.

Qeyd edək ki, iyunun 26-da Saakaşvili Dövlət Aviasiya Xidmətinin komissiyaları ilə iclas keçirib. İclas zamanı Saakaşvili xidmət rəisini konkret şəxslərdən pul almaqda və oliqarxların maraqlarına işləməkdə ittiham edib.