Yunanıstanın Maliyyə naziri Yannis Varufakis istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Dünən baş tutan referendumda “yox” deyilməsinin üstündən 24 saat keçməmiş nazir Varoufakis zəfərə baxmayaraq istefasını açıqlayıb. Sərt çıxışları və Avropa Birliyinə meydan oxuması ilə yadda qalan Maliyyə nazirinin istefasını elə AB ilə əlaqələndirirlər. Belə ki, baş nazir qurumla münasibətləri daha sakit nazirlə davam etmək istəyir.