Загрузка...

11701030_1615591572044287_1879566388696624203_n

6 iyul – Ümumdünya Öpüş Günüdür. Bu bayram əvvəl Britaniya adalarında milli öpüş günü kimi yaranıb, daha sonra isə İnternet sayəsində ümumdünya statusu qazanıb.

AzVision.az xəbər verir ki, dünya elmində filematologiya adlı yeni təlim də yaranıb. Bu təlim insan öpüşünün fizioloji, psixoloji və digər xüsusiyyətlərini öyrənir. Alimlər dəfələrlə filematologiya çərçivəsində araşdırmalar aparıblar. Müəyyən edilib ki, iki sevgilinin öpüşməsi təkcə emosional sıçrayış yaratmır, həm də bir sıra hormonların fəaliyyətini gücləndirir. Məsələn, sübut edilib ki, öpüşən insanın qanında insanda stress vəziyyəti yaradan kortizolun səviyyəsi aşağı düşür və “etibar hormonu” yaxud “sevgi hormonu” adlandırılan oksitotsinin konsentrasiyası artır.

Tədqiqatçılar iddia edirlər ki, öpüşmə arıqlamağa da kömək edir. Onların hesablamalarına görə, 2 dəqiqəlik ehtiraslı öpüş zamanı 2 kalori yanır. Öpüş qırışların profilaktikası üçün də əla vasitədir: o, üzün 30-a yaxın əzələsini hərəkətə gətirir. Bundan başqa, öpüş ağciyərlərin işini yaxşılaşdırır, kariesin profilaktikası hesab edilir.

Berlin Universitetinin psixoloqların müəyyən ediblər ki, səhərlər 20 saniyəlik 3 öpüş romantik əhval-ruhiyyəni bütün gün ərzində qoruyub saxlamağa qadirdir. Müxtəlif yaş qruplarına aid olan 100-dən çox cütlük üzərində aparılan müşahidələr göstərib ki, ideal öpüşün müddəti – 3 dəqiqədir.

Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir – “ən uzun öpüş”, “ən gözəl öpüş” və s. Minlərlə insan bu müsabiqələrdə iştirak etmək üçün həmin gün şəhərlərin əsas meydanlarına çıxırlar. Yeri gəlmişkən, ən uzun öpüş rekordu 2012-ci ilin fevralında Tailandda qeydə alınıb. Həmin öpüşün müddəti 50 saat 25 dəqiqə 1 saniyə olub.