ABŞ Rusiya prezidenti Vladimir Putinə münasibətdə daha ağıllı fəaliyyət göstərməlidir.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-da prezidentliyə namizəd Hillari Klinton bildirib.
“Biz Vladimir Putin və onun ambisiyalarına qarşı münasibətdə davranışlarımızda daha ağıllı olmalıyıq. Onunla asan deyil. Lakin mən düşünürəm ki, bizim daimi qarşılıq əlaqə üçün alternativlərimiz var”, -deyə Klinton bildirib.
Klintonun sözlərinə görə, ikitərəfli münasibətlərdə bütün mövcud promlemlərə baxmayaraq, ABŞ rəsmi Moskva ilə əlaqələri kəsməməlidir.