Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə rejissor Kutluğ Ataman arasında baş verən qalmaqal davam edir.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa müsahibəsində “Quzu filminin rejissoru ilə küsülü olduğunu bilidirib. Kutluğ Atamanın Nəsrinə cavabı gecikməyib. Rejissor açıqlamasında aktrisaların uşaq kimi olduğunu bildirib:
“Aktrisalar uşaq kimidir, həmişə sevilmək istəyirlər. Mən isə məsafəli olmağı sevirəm. Məndən nə səbəbdən küsdüyünü bilmirəm. Bununla maraqlanmaq belə istəmirəm”.
Aktrisa Nəsrin Cavadzadə isə sosial şəbəkədə rejissorun bu açıqlamasına münasibət bildirib:
Aktrisa bu xəbərin onda gülüş yaratdığını qeyd edib:
“Aktrisaların uşaq kimi olduğunun mübahisəsini apara bilərik. Amma, bu dünyada ən son ehtiyacım olduğu şey Kutluğ Atamanın məni sevməsidir”.
http://s017.radikal.ru/i432/1507/22/b5bed5970a06.jpg
http://s019.radikal.ru/i644/1507/68/a067ac653123.jpg
http://s017.radikal.ru/i431/1507/4f/97a96b4b45f0.jpg