Gəncə şəhər sakini bıçaqlanaraq qətlə yetirilib.
APA.az xəbər verir ki, hadisə iyulun 2-də şəhərin yeni Gəncə qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rafil Rabil oğlu 1995-ci il təvəllüdlü Cəfərov Sərxan Səxavət oğlunu döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.