Rusiyanın məşhur müğənnisi Dima Bilanın oxşarı Stepan Danilin həbs edilib.
AzVision.az xəbər verir ki, buna səbəb onun üzərində aşkar edilən 100 qram kokain olub.
Hüquq-mühafizə orqanlarının onun evində keçirdiyi əməliyyat axtarışları nəticəsində əlavə 800 qram kokain aşkar edilərək götürülüb.
Qeyd edək ki, 28 yaşlı Stepan Danilin ötən il baş tutan televiziya layihələrinin birində Dima Bilanı təqlid edərək məşhurlaşmışdı.