Загрузка...

dilqe123esgerov

“Yuxumda meşəçi Əlləddini görmüşəm”

Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib. Bu barədə AzVision.az-a girovun qardaşı Sahib Musayev məlumat verib. Bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktubda D. Əsgərov Şuşa şəhərində olduğunu qeyd edib:

“Hər kəsə salam deyin. Vəziyyətim yaxşıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tomas mənə gəlib baş çəkdi. Həftədə bir dəfə hamam olur. Gündə bir saat gəzinti olur. Köhnə tanışlarıma salam deyin. Hazırda Şuşadayam. Kamerada yanımda su kranı var. “Məhkəmə”lərim tamamlanıb. Yuxumda meşəçi Əlləddini görmüşəm. Vəziyyəti necədir ? ”

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.