скачанные файлы

“Azərbaycanın avtomobil bazarında alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb”.

Bu haqda Modern.az saytına ekspert Ramil Osmanlı məlumat verib.
O deyib ki, göstəricilərin aşağı düşməsi həm qiymətlərdə, həm də sahibkarların bu sahədə fəaliyyətinə mənfi təsirində özünü göstərir.

Nəticə etibarilə deyə bilərik ki, ötən və ondan əvvəlki illərin göstəriciləri ilə müqayisədə avtomobil bazarında bütün göstəricilər kəskin azalıb. Manatın devalvasiyasından sonra bir müddət qiymətlərin nisbi bahalaşması prosesi baş verdi, daha sonra isə ucuzlaşma müşahidə edildi. Ucuzlaşma indi də kəskin davam etməkdədir. İlkin avtomobil bazarında isə müəyyən kampaniyaları nəzərə almasaq, ciddi qiymət dəyişməsi yoxdur, stabillik hökm sürür”.

Ramil Osmanlının sözlərinə görə, 2015-ci ilin ilk dörd ayına olan göstəricilər 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 56 faiz azalıb.

Ən çox tələb olunan avtomobil markalarına gəlincə, ekspert bildirib ki, bu alıcıların zövqündən asılı olaraq dəyişir:

“Təkrar bazarda daha çox tələb “Mercedes Benz” avtomobilinədir. İlkin avtomobil bazarında “Toyota”, “Nissan”, Cənubi Koreya markalarından “Hyundai”, “KİA” üstünlük təşkil edir. Avtomobillərin qiyməti markalarından asılı olaraq dəyişir. “Toyota”nın qiymətləri 17 min -130 minə aralığında, “Nissan”larda 13 min – 85 min manata qədərdir.

Təkrar avtomobil bazarında isə 2000, 2001, 2002-ci illərin “Mercedes” markalı avtomobillərinin qiyməti 10 min-12 min 500 manat arasında dəyişir”.

Ekspert bazardakı ən ucuz və ən bahalı avtomobillər barədə də danışıb: “Bu gün bazarda min manata da avtomobil təklif edilir. Bunlar istismar müddəti başa çatan, amma hələ də istismarda olan, sovet dövründən qalan “Jiquli” lərdir. Bazarda rəsmi nümayəndəliklərin təsdiq etdiyi qiymətlərə gəlincə, bu gün 200, 210, 225 min manata bahalı avtomobillər təklif edilir.

Bunlar “Mercedes S-KLASS LONG”, “Mercedes GLK”, “Porse”nin bəzi modelləri, BMV-nin yeddinci seriyadan olan son modeli və digərləridir. Kütləvi şəkildə olmasa da, ölkəmizdə təxminən mindən çox belə avtomobil istismardadır. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda “ikinci əl” deyilən yarım milyon manatlıq avtomobillər də mövcuddur”.

Загрузка...