48837_dfd50korn1

Xəbər verdiyimiz kimi, “Günaydın” verilişinin bu gün efirə gedən buraxılışında qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında gərgin anlar yaşanıb.

Mətanət Əsədova “Mən müğənniyəm, bəs sən kimsən?” sualına yazar təhqiramiz şəkildə cavab verib. Müğənni M.Əsədova yazar Əziz Musaoğlunu məhkəməyə verəcəyini bildirib.

Axşam.az-ın məlumatına görə, verilişdə qonaq olan müğənni Manaf Ağayev AzNews.az-a açıqlamasında vurğulayıb ki, “Günaydın”da baş verənlərin səbəbkarı yalnız Əziz Musaoğludur.

Onun sözlərinə görə, yazarın müğənni Mətanət Əsədovaya dediyi təhqirli ifadələrin əksəriyyəti efirə verilməyib:

“Verilişin ortasında Əziz Mətanət xanıma dedi ki, “Səndən xoşum gəlmir, pis geyinmisən, küçə qızısan, filansan”. Onun təhqirli sözlərinin çoxu efirə getmədi. Sonra başa düşdü ki, səhv edib, üzr istədi. Dedi ki, “Bilmədim məni bağışla”. Mətanət cavab verdi ki, “Sən kimsən, məni təhqir edirsən?”. Mətanət xanım verilişdə uzun paltar geyinmişdi. Ayrı vaxt pis geyinəndə heç belə demirlər”.

M.Ağayev Mətanət xanımın məsələ ilə bağlı məhkəməyə müraciətini düzgün hesab etmir:

“İnsandır, əsəbi olub. Səhvini boynuna alıbsa, məhkəməyə getməyə dəyməz. Elə bil Əziz Musaoğlunu öyrədib göndərmişdilər. O, gündəmdə olmaq üçün bunu dedi”.

Загрузка...