Azərbaycan Prezidenti İlham Əliyev F.F.Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə Fikrət Fərrux oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
Qeyd edək ki, Fikrət Məmmədov Azərbaycanın ədliyyə naziridir.