Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub.
Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir
Bakı şəhərinin Heydər Əliyev prospektində (əsas yolda), Bağırov körpüsünün yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, sürücülərə alternativ olaraq Heydər Əliyev prospektinin köməkçi yolundan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.