Olimpiya çempionu Elnur Məmmədli övladlarından danışıb.
APA TV-nin “Səhər zəngi” verilişinə qonaq olan E.Məmmədli bildirib ki, övladlarını gələcəkdə idmançı görmək istəyir: “Bir qızım və bir oğlum var. Qızımın adı Arzu, oğlumun adı isə Emindir. Hər səhər yuxudan duran zaman, onları görəndə Allahıma şükür edirəm. Deyirəm ki, “ay Allah, nə yaxşı ki, bu övladları mənə nəsib etmisən”. Övladlarımın idmançı olmasını istəyərdim. Qızımı gimnastika idman növünə qoymaq istəyərdim. Oğlumun da idmana getməsini arzulayardım. İstəyərdim ki, çempion olsunlar. Çempion olmasalar da, idmanla məşğul olsunlar”.