Загрузка...

manat_3 09

Bir neçə gün əvvəl Mərkəzi Bankın kommersiya banklarına manatla vəsait ayıracağı barədə məlumat yayılmışdı. 

Xəbərdə qeyd olunurdu ki, ayrılacaq vəsaitin ancaq kreditləşməyə sərf olunacaq. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Raca Almarzoqinin sözlərinə görə, bu addım Azərbaycan iqtisadiyyatının daha sürətli artımı üçün böyük önəm daşıyır. Bununla da, Mərkəzi Bank bu addımla dövriyyədən çıxan həmin pulları geri qaytaracaq.

Qeyd edək ki, fevral ayının 21-də manatın devalvasiyasından sonra kommersiya banklarının bir çoxu manatla kredit verməyi dayandırmışdılar. Belə ki, banklar kreditləri aktivlərində olan əmanətlərə görə versə də, devalvasiyadan sonra əmanətlərin əksəriyyəti sürətlə dollarlaşmağa başladığından manatla kredir də dayandırılmışdı. Bir neçə bank manatla müştərilərinə kredit ayırsa da, dollarla verilən kreditlərə nisbətdə faiz dərəcəsi yüksək idi (29-33 faiz arası).

“Qafqazinfo” Mərkəzi Bankın məlum qərarından sonra hansı bankların manatla krediti bərpa etməsinə dair araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, manatla krediti bərpa edən bankların sayı elə də çox deyil. Bərpa edən banklar müştərilərinə bir sıra şərtlərə əməl edilməli olduğunu çatdırır. Kommersiya bankların cəmi beşi manatla krediti bərpa edib. Bunlar “Accessbank”, “Amrahbank” , “Bank of Baku” “ “Dəmirbank”, “Unibank” dır. Bir neçə bank isə manatla kredit almaq müqabilində banka girov qoyulmasını təklif edir. Belə banklardan biri “Bank Respublika”dır. “Bank Nikoil” isə ipoteka kreditlərini və plastik kart müştərilərinə manatla kredit ayırır. “Xalq Bank” da yalnız ipoteka kreditlərini manatla verir. “Parabank” dan isə qızıl girovu qoyaraq manatla kredit ala bilmək mümkündür.

Xatırladaq ki, devalvasiyadan sonra da bir neçə kommersiya bankı manatla kredit verilişini dayandırmamışdı. Belə ki, “AGBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Standard”, “Bank VTB”, “Caspian Development Bank”, “Expressbank”, “Kapitalbank”, “Qafqaz İnkişaf Bankı”, İran Milli Bankının Bakı filialı, “Naxçıvanbank”, Pakistan Milli Bankının Bakı filialı, “PAŞA Bank”, “Rabitəbank”, “Yapı Kredi Bank Azərbaycan” müştərilərinə manatla kredit ayırırdı.

Hazırda bank sektorunda həm dollar, həm də manatla kredit verilişini 15 bank var. Bunlar “AFB Bank”, “Atabank”, “Azərbaycan Sənaye Bankı”, “Azərbaycan Kredit Bankı”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank of Azerbaijan”, “Bank Silk Vey”, “Dekabank”, “Eurobank”, “Gəncəbank”, “Kredobank”, “Bank Technique”, “Yunayted Kredit Bank”, “Zaminbank” dır.

Bank sektorunda yalnız dollarla kredit təklif edən isə cəmi 4 bank var. Bunlar “Atrabank”, “Bank Avrasiya” və “Günaybank” və “Xalq bank” dır.