Dövlət Statistika Komitəsi Azərbaycandakı ailələr haqda rəsmi statistikanı açıqlayıb. Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda qeydə alınan ailələrin sayı 2 milyon 38 min 400 nəfərdir:
“Ailələrin ümumi sayı 2038, 4 min, qeydə alınan nikahların sayı isə 84912-dir. Nikaha daxil olanların orta yaş kişilərdə 28,6, qadınlarda isə 24,1-dir”.
Nikahları rəsmi qeydə alınan 18 yaşadək şəxslərin sayına gəlincə, komitə rəsmisi bəylərin sayının 2, gəlinlərin sayının isə 479 nəfər olduğunu bildirib.