Əfqanıstanda terrorçular parlament binasını partladıblar.
Bu barədə azvision.az “NBC News”-a istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, binada bir neçə partlayış törədilib, daha sonra ərazidə atışma baş verib.
Hadisə nəticəsində zərərçəkənlər barədə hələ məlumat yoxdur. Lakin partlayışların baş verdiyi zaman binada deputatlar olub. “Reuters” xəbər verir ki, partlayışdan dərhal sonra onlar binanı tərk etməyə başlayıblar.
Partlayışlara görə, məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.