Şokolad həvəskarları üçün elmi-tədqiqat laboratoriyalarından xoş xəbər gəlib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, alimlər şokoladdan istifadə ilə ürək-damar xəstəlikləri arasında qarşılıqlı əlaqənin olması haqda bütün yayılan fikirləri analiz ediblər. Özü də bu, çox geniş bir təhqiqat olub. 158 min insanın iştirak etdiyi təhqiqat 12 il ərzində aparılıb.
Bəlli olub ki, çox şokolad yeyənlərdə çəki aşağı olub və daha gənc görünüblər. Onların arasında həmçinin, şəkər xəstələri az olub və yüksək fiziki hazırlıq qeydə alınıb. 12 il ərzində şokolad istifadəçilərin yalnız 14%-də insult və ya ürəyin işemik xəstəliyi aşkar edilib.
Bununla da alimlərin nəhəng analitik işləri təsdiqləyib ki, müntəzəm şəkildə şokolad yeyən insanların ürək-damar xəstəlikləri və insulta tutulma riskləri aşağıdır.