Avropa İttifaqı xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Luksemburqda görüş keçirəcək.
AzNews.az İnterfaks-a istinadən xəbər verir ki, görüşdə iştirakçılar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin artırılması barədə qərar qəbul edəcəklər.
Avropa İttifaqına aid materiallarda qeyd olunur ki, sanksiyaların müddəti heç bir müzakirəsiz 2016-cı il yanvarın 31-i tarixinədək uzadılacaq.
Qeyd edək ki, sanksiyalar bəzi Rusiya banklarının Avropa maliyyə bazarına girişinin bağlanması, silah alveri, enerji ilə bağlı olan texniki vasitələrin ixrac edilməsinə aiddir.
Bildirilir ki, sanksiyalarda heç bir dəyişiklik edilməyəcək.
“Sansiyalarda texniki məsələlər də daxil olmaqla heç bir dəyişiklik edilməyəcək. Onların müddəti uzadılacaq”, -deyə mənbə bildirib.
Beləliklə iyunun 22-də Şurada sanksiyaların sərtləşdirilməsi planlaşdırılmır.
Xatırladaq ki, sanksiyaların müddətinin artırılması barədə qərar iyunun 17-də Avropa İttifaqı daimi nümayəndələr komitəsinin iclasında qəbul edilib.