fe3ed774ecabaaf094164e0958cad8bd

İyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Загрузка...