Finlandiyanın mobil telefon nəhəngi Nokia yenidən telefon bazarlarına qayıtmaq istəyir.
ANS PRESS-in məlumatına görə, dünya mobil telefon bazarında uzun illər liderlik etmiş şirkət 2 illik fasilədən sonra yenidən köhnə gücünü bərpa etməyi düşünür.
Şirkətdən verilən açıqlamada bildirilir ki, Nokia artıq hazırlıqlara başlayıb və uyğun tərəfdaş şirkətlər axtarışındadı.
Xatırladaq ki, Mobil telefon istehsalı üzrə fəaliyyət göstərdiyi ticarət haqlarını 2013-ci ildə Microsofta satan Nokia,anlaşmaya əsasən 2016-cı ildən əvvəl telefon satışına keçə bilmir.