Zeneli birinci raundu buraxmalı idi.
56 kq çəki kateqoriyasında çıxış edən Albaniyalı boksçu Reşildo Zeneli Avropa Oyunlarında öz iştirakını davam etdirə bilməyəcək.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, iyun ayının 13-də dopinq istifadəsi üçün aparılmış təhlil, qadağan olunmuş furisemidin istifadəsini göstərdi.
Qeyd edək ki, Zeneli birinci raundu buraxmalı idi. Onun startı 1/8 finaldan başlayırdı, onun rəqibi Belarusdan olan Dmitri Asanov olmalı idi.