Azərbaycanın daha bir sərbəst güləşçisi “Bakı 2015” I Avropa Oyunlarında Ermənistandan olan rəqibi üzərində qələbə qazanıb. “Report”un məlumatına görə, bu, 61 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyevdir.
Dünya və Avropa çempionu 1/8 finalda Volodya Franqulyana heç bir şans verməyib – 7:0.
Qeyd edək ki, ötən gün Hacı Əliyevin qardaşı Yaşar Əliyev 57 kq çəki dərəcəsində 1/4 final görüşündə ermənistanlı Qarik Barseqyanı üstələyib.