Təhsil naziri Mikayıl Cabbarov federasiya prezidenti oldu. Məlumata görə, nazir Azərbaycan Badminton Federasiyasına rəhbər təyin edilib.
Bu barədə birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızla iyunun 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) keçirilən görüşdə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
A.Rəhimov bildirib ki, iyunun 17-də MOK-da Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.
Xatırladaq ki, federasiyanın keçmiş prezidenti Kamal Abdulla idi.