Bakıda keçirilən Birinci Avropa Oyunlarında bir maraqlı fakt da yarışlarda 1-ci qrup Qarabağ qazisi (əlili) İlham Məhərrəmovun iştirakıdır.
Qaziler.az saytınının yaydığı xəbərə görə, o, bu yarışları əlil arabasında işıqlandıran yeganə fotoqrafdır.
İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasında gəzir. “Arabaçı TV”nin yaradıcısı olan qəhrəmanımız o zamanlar Qarabağa da könüllü gedib, bu gün də Birinci Avropa Oyunlarında könüllü olaraq çalışır.