Gérard_Depardieu_and_Vladimir_Putin,_Sochi,_Russia,_2013-01-06_1

Bir çox insan öz prezidentinin Vladimir Putinin olmasını istəyərdi.

AzVision.az-ın məlumatına görə, bu barədə Jerar Depardye “France 2” telekanalına müsahibəsində bildirib.

Jurnalistin sualını cavablandıran aktyor vurğulayıb ki, o, hələ də Fransanı sevir, lakin ölkədə “hər şey pisdir”. Depardye həmçinin qeyd edib ki, işlər yalnız Fransa da deyil, bütün Avropada pis gedir.

Aktyorun fikrincə, Fransada insanlar Rusiyadan daha çox bədbəxtdirlər.

`Xeyli sayda insan (Fransada – red.) Putin kimi bir insanın prezident olmasımnı istərdi”, – deyə Depardye vurğulayıb.

Qeyd edək ki, daha əvvəl `Vanity Fair` jurnalına müsahibəsində Rusiya vətəndaşlığı alan fransız aktyor Jerar Depardye bəyan edib ki, o, Rusiya üçün ölməyə hazırdır.

Загрузка...