“15 iyun Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir”.Modern.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib. O bildirib ki, təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarli əllərdədir.
“Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir. Əminəm ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir!”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.