Yol polisinin paytaxtda ”Avtomobilsiz 20 gün” Şüarına millət vəkillərindən dəstək gəldi. Bəzi millət vəkilləri Avropa Oyunları ilə əlaqədar yarana biləcək sıxlığın aradan qaldırılması məqsədi ilə müvəqqəti olaraq avtomobillərindən imtina ediblər.Çəkiliş qrupumuz ictimai nəqliyyatdan istifadə edən deputatları avtobus dayanacağında lentə alıb.
Avropa Oyunları günlərində yollarda avtomobil sıxlığının qarşısını almaq məqsədi daşıyan ”Avtomobilsiz 20 gün” çağırışına millət vəkilləri də qoşulub. Deputatlar müvəqqəti olaraq şəxsi avtomobildən imtina ediblər.
Avropa oyunlarının Bakıda keçirilməsinin böyük məsuliyyət olduğunu deyən millət vəkilləri xidməti avtomobilləri əvəzinə ictimai nəqliyyatla gediş gəlişi seçiblər. Millət vəkili Zahid Oruc da belələrindəndir. Deputatı çəkiliş qrupumuz dayadanacqda avtobus gözləyərkən lentə alıb.
Millət vəkili gediş haqqını artıqlaması ilə verəcəkdiki, buna da biz mane olduq.
Deputat alternativ nəqliyyat vasitəsi kimi velosipedi də xatırladıb.
Millət vəkili Musa Qasımlı əvvəllər də həftənin bir neçə gününü metrodan istifadə etdiyini deyir.
Millət vəkili Fazil Mustafa da ”Avtomobilsiz 20 gün” çağırışına qoşulacaq. O, yolların bağlı olduğu günlərdə avtomobillə yox, velosipedlə gəzəcəyini deyir.