скачанные файлы (1)

Aleksandr və Aleksey Boqdanoviçlər

Bu gün Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. 50 Avropa ölkəsindən 6 mindən artıq idmançı iyunun 12-28-də Avropa Oyunlarının qalibi olmaq üçün gərgin mübarizə aparacaqlar. Yarışlar 16-sı Olimpiya idman növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Bakıya qələbə ardınca gələn avropalı idmançılar arasında bir çox Avropa, dünya və olimpiya çempionları da var. Modern.az onları təqdim edir.

Rusiya yığma komandası oyunlara 367 idmançı ilə qatılır. Bu idmançılardan 317-si olimpiya, 40-ı qeyri-olimpiya, 7-si yeraltı idman və 3-ü isə parolimpiya yarışlarında təmsil olunurlar.

Rusiya yığmasının heyətində 7 Olimpiya çempionu yer alıb.

2012-ci il London Olimpiya Oyunlarının qalibi və 5 qat dünya çempionu Hacımurad Qaçalov sərbəst güləş üzrə Rusiya yığmasının əsas ümididir. Bakıdakı açılış mərasimində Rusiya bayrağını daşımaq şərəfəinə layiq görülən güləşçi 74 kiloqramda Avropa Oyunlarının əsas favotiri hesab olunur.
Qadınlar arasında sərbəst güləş üzrə 2012-ci il Olimpiya Oyunlarının qalibi Natalya Vorobyova 72 kiloqrama qədər çəki dərəcsində Avropa Oyunlarının qalibi olmağa çalışacaq.

Avarçəkmə yarışlarında sonuncu Olimpiya Oyunlarının, dünya çempionatının, dünya kuboku və Avropa çempionatının qalibi olan Yuri Postriqay və Aleksandr Dyaçenko da 2,2 kilometr məsafəyə avarçəkmə yarışlarının əsas namizədləridir.

İdman gimnastika üzrə London Olimpiya Oyunlarının qızıl, gümüş və 3 bürünc medalını əldə edən, üçqat dünya və Avropa çempionu Aliyə Mustafina da Avropa Oyunlarında iştirak etmək üçün Rusiya yığmasının heyətində Bakıya gəlib.

Qılıncoynatma üzrə 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, üçqat dünya və dördqat Avropa çempionu Anna Sivkova Rusiyanın yarışlara gətirdiyi daha bir məşhur idmançıdır.

Stend atıcılığı üzrə 2004-cü il Olimpiya Oyunlarının qalibi, 2008-ci il oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu olan 40 yaşlı Aleksey Alipov da atıcılıq üzrə Rusiyanın əsas medal ümidi olacaq.

Axşamkı açılış mərasimində Ukrayna yığmasının bayrağını daşıyacaq oxatma yarışları üzrə 2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi, 2004-cü il Olimpiya Oyunlarının bürünc medalçısı Viktor Ruban Avropa Oyunlarının daha bir titullu iştirakçısıdır.

2012-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edən Böyük Britaniya isə yarışlara həmin oyunlarda qızıl medal qazanan 32 yaşlı Nikola Adamsi yollayıb.

Fransa yığmasının bayraqdarı, pnevmatik tapançadan hədəfə atəş üzrə qadınlar arasında 2012-ci il Olimpiya Oyunlarının gümüş medalçısı Selin Qobervil ölkəsinin əsas medal ümidi olacaq.

150 idmançı ilə Bakı Oyunlarına gələn Belarus yığma komandası isə avarçəkmə yarışlarının müxtəlif növlərində qalib olan Olimpiya çempionları Aleksandr Boqdanoviç, Aleksey Boqdanoviç, Vadim Maxnev, Roman Petruşenko, atıcılıq üzrə Olimpiya çempionları Sergey Martınov və Konstantin Lukaşniklə təmsil olunacaqlar.