Müğənni Demet Akalın homoseksualların həyat və mədəniyyətinə həsr olunan “Gzone Un” jurnalına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, müğənni Türkiyədə homoseksualların evlənməsinin mümkün olmadığını bildirib:
“Dünyanın bir çox yerində homoseksualların evlənməsi haqda qanunlar var. Mən insanlar arasında ayrıseçkilik salmaram. Hər kəsə insan olaraq baxıram. Evlilik müəssisəsinə də hörmətlə yanaşıram. Amma çox dürüst söyləyəcəyəm, homoseksualların evliliyi Türkiyə üçün mümkün deyil”.
Akalın yeni albomunda homoseksuallaa mahnı həsr etdiyini də qeyd edib:
“Son albomuma geylər üçün xüsusi bir mahnı qoydum, çox seviləcək, hətta bir çox mahnının önünə keçəcək deyə düşünürəm”.