Dünyanın ən kök modeli olan Tess Hollidey bikini reklamına çəkilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, yeni çimərlik geyimi modellərini təqdim edib. Tess açıqlamasında “gombul” ifadəsinin onun üçün heç bir əhəmiyyət daşımadığını deyib:
“Bu, mənim üçün yalnız sözdür. Bu qədər çəki ilə necə yaşayacağımı düşünənədək hər şey başqa cür idi. Bəli, mən gombulam. Buna görə özünə əziyyət vermək axmaqlıqdır. İdeal bədən quruluşu yoxdur”.
Qeyd edək ki, 29 yaşlı Tess Hollidey artıq çəkilərinə rəğmən, dünyanın məşhur model agentlikləri ilə çalışır.