RTX12L2O

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinin proqramı açıqlanıb.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib ki, Vladimir Putinin Bakıya səfəri iyunun 12-13-də olacaq. Burada o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri ilə görüşəcək.

“Prezident Bakıya iyunun 12-də Kremldə təşkil olunacaq təntənəli qəbuldan dərhal sonra uçacaq. İstisna deyil ki, o, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri ilə görüşəcək. İyunun 13-də Azərbaycan prezidenti Əliyevlə söhbət olacaq”– deyə Uşakov bildirib.

Rusiya prezidentinin köməkçisi deyib ki, Vladimir Putinlə İlham Əliyevin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək.

“Qarşıdakı danışıqlar zamanı regional gündəmin mühüm aspektlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi müzakirə olunacaq”– deyə Putinin köməkçisi məlumat verib.

Onun sözlərinə görə, Əliyevlə Putin arasında iyunun 13-də keçiriləcək danışıqlar əvvəlcə məhdud heyətlə keçəcək, daha sonra işgüzar səhər yeməyi formatında geniş tərkibdə davam edəcək.

Rusiya prezidentinin Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir. Uşakov bildirib ki, Putin Türkiyədəki seçkilərdə AKP-nin birinci olması münasibəti ilə Ərdoğanı telefonla təbrik edib, telefon söhbəti zamanı tərəflər Bakıda görüşmək və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq barədə razılığa gəliblər.

Yuri Uşakov məlumat verib ki, Bakı danışıqları zamanı Rusiya ilə Azərbaycan arasında energetika sferasında ikitərəfli əməkdaşlığın inkişafına dair yüksək səviyyəli işçi qrupunun yaradılması nəzərdə tutulur:“Energetika sferasında əməkdaşlığın inkişafı ilə hökumətlərarası komissiya çərçivəsində yaradılacaq xüsusi işçi qrupu məşğul olacaq”.

Загрузка...