Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlama verib.
Xəzərxəbər – in məlumatına görə, Abutalıbov binaların üzlənmə prosesinin yekunlaşacağı vaxtı və mərkəzi hissədə söküləcək yerlərin adlarını da açıqlayıb.
O, Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının 4 ay sonra təhvil verəcəyini bildirib.
Mer zərərli maddələrlə çirklənmiş Zığ gölünün qurudulacağını, təmizlənməsi mümkün olan digər göllərdə isə istirahət mərkəzləri salınacağını da anons edib.
Hacıbala Abutalıbovun sözlərinə görə Sovetski , Papanin, Xutor kimi tanınan ərazilərdə də söküntü işləri davam etdiriləcək. “5 mərtəbə” dairəsindən Nizami küçəsinə kimi olan ərazidəki bütün tikililərin sökülməsi nəzərdə tutulur. Söküntü aparılan əksər yerlərdə isə yaşıllıqlar salınacaq.