“Birinci Avropa Oyunlarının açılışında şəxsən iştirak edəcəm”.
Bunu AzNews.az-a xalq artisti Fəxrəddin Manafov deyib.
Onun sözlərinə görə, bütün dünya 17 gün ərzində Azərbaycanda keçiriləcək I Avropa Oyunlarından danışacaq: “Bu yarış Azərbaycana çox şey vəd edir. Ən əsası budur ki, Azərbaycan uyunun 12-dən başlayaraq 28-nə kimi dünya televiziyasının mediasında yer alacaq. Bunun özü azdırmı? Sevinmək lazımdır”.