Neftin qiymətinin düşməsinə baxmayaraq hələ ki, bütün layihələr həyata keçirilir.
“APA-Economics”in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
“Heç bir layihəni dayandırmamışıq. Çünki, həmin layihələrin maliyyələşmə məsələləri həll olunmuşdu. Maliyyə mənbələri bəlli idi. Bütün layihələr qrafikə uyğun həyata keçirilir”, – deyə R.Abdullayev bildirib.