Məhşur rep ifaçısı Anar Nağılbaz Çexiyadan sığınacaq alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bu barədə AzVision.az-a ifaçı özü məlumat verib. O, bildirib ki, hazırda Çexiyada müalicə alır, ölkədən mühacirət etməsi ilə bağlı xəbərlər yalandır.
“Müalicəmlə yanaşı istirahət edirəm. Heç kimə məlumat verməyə həvəsim yoxdur. Məni tanıyanlar vəziyyətimi bilir”.
Reper həmçinin məcburi köçkünlərlə bağlı Çex televiziyasında veriliş hazırladığını bildirib.
Xatırladaq ki, tanınmış reper Anar Nağılbazın Azərbaycandan bir dəfəlik getməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Nağılbaz Çexiyaya yaşamağa gedib və qaçqın düşərgəsində sığınacaq alıb. Çexiyanın “Nova CZ” telekanalında qaçqınlara həsr olunan süjetdə azərbaycanlı repçiyə də yer verilməsi mətbuatda əks-səda doğurub.