Ortamüddətli perspektivdə neftin barelinin qiyməti 75 dollardan çox olacaq. Musavat.com xəbər verir ki, bunu “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib. Bununla belə, o, OPEK-in yaxın sammitdə neft hasilatı kvotasını azaldacağını gözləmir.
Bu gün Bakı vaxtı ilə saat 22.15-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 62,12 dollardır. Mayın 4-də neftin qiyməti ptən ilin dekabrından bu yana maksimuma – 67,24 dollara çatmışdı.
Musavat.com