nergiz_memmedova_001

ATV-nin aparıcısı Nərgiz Məmmədova “Gün üzü” verilişində maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, aparıcı ideal kişi obrazından danışıb. Nərgiz gözəllik vurğunu olduğunu deyib:

“Əslində, ideal insan olduğuna inanmıram. Kişilər hərdən elə düşünürlər ki, qadınlar onların oyuncağıdır. Xanımlar həyat yoldaşlarının qulluğunda durmamalıdır, onlar qadınlara qulluq etməlidirlər. Amma kişi əlini stola vuranda qadın ondan çəkinmədisə, otağa girəndə ayağa durmadısa, o mənim üçün ideal deyil. Hər kəs istəyər ki, yanında yaraşıqlı biri dursun. Bununla belə, kişinin ağır xasiyyəti olmalıdır. Təsəvvür edin, mən çox deyib-gülən adamam. Həyat yoldaşım da mənim kimi deyib-gülsə, onda bu ailə necə olar?”

N.Məmmədova gələcək həyat yoldaşının ona yalnız bəzi məsələlərdə qadağa qoya biləcəyini deyib:

“Gedəcəyim yerə, geyimimə, rəfiqələrimlə görüşməyimə qarışa bilməz. Mənə bəzi məsələlərdə qadağa qoya bilər, amma bunu elə formada etməlidir ki, mədəni alınsın”.

Aparıcı indiyədək ona elçi düşmədiyini də bildirib:

“Real elçilərim olmayıb. Yəni, qapımızı döyüb gəlməyiblər. Telefonla olub, onu da necə qəbul edə bilərəm?”

Загрузка...