Sosial şəbəkələrdə dəhşətli video yayılıb.
ANS PRESS-in məlumatına görə, yayılan videoda körpə uşaq anası tərəfindən qeyri-adi üsulda çimizdirilir.
Qadın övladını su ilə dolu vannaya salıb və onu vəhşicəsinə fırladır. Ana uşağın qollarından tutub və onu sürətlər o tərəf bu tərəfə çevirir.
Daha sonra ana övladının boynundan tutub və onu suyun içinə soxur.
Yayılan video sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Video izləyənlər qadını ana yox, canavar adlandırıblar.