Türkiyəli məşhur müğənni Ebru Gündeş “Eurovision-2015” mahnı müsabiqəsində birinci yeri tuta bilməyən azərbaycanlı iştirakçı Elnur Hüseynova dəstək olub.
AzVision.az-ın məlumatına görə, E.Gündeş “sən 13-cü yeri tutsan da bizim çempionumuzsan”- deyə Elnura səslənib.
E.Gündeş “Eurovision” mahnı yarışmasının finalında Elnur Hüseynova böyük dəstək verib. O tərəfdarlarına səslənərək Elnur səs vermələrini xahiş etmişdi.
Qeyd edək ki, Elnur Hüseynov müsabiqədə 13-cü yerə çıxıb.