Türkiyənin Ankara vilayətində sement zavodunda güclü partlayış baş verib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 işçi ölüb, daha iki nəfər ağır dərəcədə yaralanıb.
Partlayış mayın 24-ü Kazan şəhərində baş verib. Daha sonra zavod ərazisində güclü yanğın başlayıb. Yaralı şəxslər dərhal xəstəxanaya aparılıb. Hadisə yerində xilasedicilər işləyir. Hazırda polis hadisənin baş vermə səbəbini araşdırır.