NATO günün biri Rusiyanın atom silahından istifadə edəcəyi ehtimalından narahatdır.
Avropa.info xəbər verir ki, bu açıqlama NATO-nun vahid qüvvələrinin komandanı Hans Lotar Domreze çıxış edib.
Onun sözlərinə görə, ruslar NATO-ya qarşı döyüşdə nüvə silahının taktik tətbiqini mümkün sayırlar, NATO isə yox.
Domreze Vladimir Putini siyasi qumarbaz sayır. Bu baxımdan Putin NATO üçün təhlükəli ola bilər. NATO Rusiyanı düşmən saymasa da, ciddi təhlükə kimi görür.