Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.
“Wiener Stadthalle” arenasında baş tutan gecədə 17 ölkənin təmsilçisindən Elnur Hüseynov bu gün 11-ci nömrə altında səhnəyə çıxıb.
O, “Hour of the Wolf” mahnısını səsləndirib.
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.
Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.
“Eurovision”ın final günü mayın 23-də baş tutacaq.
Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.